Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

Nizami Gəncəvinin yubileyi Moskvada da qeyd olundu (FOTOLAR)


Azərbaycandan gəlmiş trio
Azərbaycandan gəlmiş trio
-

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi Moskvada da qeyd olundu. Onun Rusiya paytaxtındakı heykəli önündə açıq havada xüsusi mərasim düzənləndi.

Tədbirdə böyük şairin qəzəl və qəsidələri oxundu: həm Azərbaycan, həm də rus dillərində.

Şeirləri Rusiyanın əməkdar artisti Teymur Bədəlbəyli, Azərbaycanın əməkdar artisti Məsmə Aslanqızı, Elşən Cəbrayılov, Moskvadakı “Dərviş” teatrının aktyoru Şirzad Əsəd Pirallahi ifa etdilər.

Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət trio isə Nizami Gəncəvinin şeirləri ilə müşayiət olunan muğam və təsnif parçaları, xalq mahnılarını ifa etdi.

Azərbaycan səfirliyinin sentyabrın 13-də təşkil etdiyi tədbirə həm Rusiyanın tanınmış ədəbiyyat və sənət adamları qatılıb, həm Moskvadakı diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, həm də Azərbaycandan gəlmiş yazarlar:

Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət və Turizm nazirliyinin məsul əməkdaşı, şair Vaqif Bəhmənli, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu, Mahmud Kaşğarlı Fondunun icraçı katibi, şair Elxan Zal, yazıçı İlqar Fəhmi...

Azərbaycan səfiri Polad Bülbüloğlu Nizami Gəncəvi yaradıcılığının miqyası, onun dünya, Avropa mədəniyyətinə təsiri, Rusiyada Nizami yaradıcılğına olan daimi maraqdan söz açdı.

Onu da qeyd etdi ki, Azərbaycan prezidentinin sərəncamı ilə belə yubiley tədbirləri təkcə Rusiyada yox, başqa ölkələrdə də keçirilməkdədir.

AYB sədir Anar, Moskva Yazıçılar Birliyinin sədri, Yevgeni Sidorov, professor Tofiq Məlikli, tanınmış şair və tərcüməçi Alla Axundova da Nizami yaradıcılığının müxtəlif tərəflərindən söz açdılar.

Mərasimdən sonra Azərbaycan səfirliyi ziyafət də təşkil etdi.

Senyabrın 14-də isə Moskvadakı “Bakı” kinoteatrında Bakıdan gəlmiş yazarların, Azərbaycan diasporu nümayəndələrinin və Rusiya ədəbiyyatçılarının da qatıldığı görüş keçirilib. Görüşü Moskvada fəaliyyət göstərən “Şəhriyar” cəmiyyəti təşkil edib.
"Dərviş" Teatrının aktyorları
"Dərviş" Teatrının aktyorları

Yevgeni Sidorov
Yevgeni Sidorov


Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Alla Axundova
Alla Axundova



Ön planda: Rəşad Məcid və Vaqif Bəhmənli (sağda)
Ön planda: Rəşad Məcid və Vaqif Bəhmənli (sağda)

AYB sədri Anar
AYB sədri Anar
XS
SM
MD
LG