Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:09

Dollara 3-cü zərbə


Ben Bernanke
Ben Bernanke
ABŞ-ın Federal Reserv sistemi 2008-ci ildən bəri 3-cü dəfə “kəmiyyət yumşaltması” (QE) deyilən addımı atır.

Bu, sadə dildə deyilsə, dollar çapıdır ki, nəticədə təbii ki, dolların məzənnəsi düşür.

İndi də dünya birjalarında dollar düşüb. Bu nə qədər davam edəcək?

Xatırladaq ki, 2010-cu ildə belə addımdan sonra avro dollara nisbətən 6 ay durmadan artmışdı.

2008-ci ildən bəri Federal Reserv ABŞ iqtisadiyyatına belə “yumşaltma” ilə 2 trilyon 300 milyard pul “vurub”.
Ancaq 2009-cu ildən bəri işsizlik 8 faizdən aşağı düşməyib.

Sentyabrın 13-də qəbul olunmuş qərarla Federal Reserv hər ay 40 milyard dollarlıq maliyyə öhdəliyi kağızlarını alacaq. Federal Reservin sədri Ben Bernanke deyir ki, bu, işsizliklə bağlı vəziyyət düzələnə qədər davam edəcək.

Dollara başqa zərbə Mərkəzi Bankın faizləri 0 səviyyəsində saxlamasıdır. Yəni, Mərkəzi Bank pulu ucuz olaraq saxlayır.

Ben Bernanke deyir ki, kəmiyyət yumşaltması öz bəhrəsini verir, maliyyə vəziyyəti yüngülləşir, işsizlik azalır.

Bernanke bununla belə, bu pul çapını "bütün dərdlərin dərmanı saymır". O deyib ki. bank öz tərəfindən olanı edir. Ancaq təklikdə iqtisadi problemləri həll etmək iqtisadında deyil. O deyib: “Biz ABŞ-ın siyasi rəhbərliyindən də addımlar gözləyirik”.

Sonda qeyd edək ki, Federal Reservdə səs vermə hüququ olan 11 bankirdən yalnız biri yeni pul çapının əleyhinə çıxıb.

Kəmiyyət yumşaltmasının effekti neçə ildir ki, mütəxəssislər arasında mübahisə mövzusudur. Çoxunun fikrincə, bu, cari vəziyyəti yüngülləşdirir, ancaq köklü problemləri həll etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG