Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

Rusiyaya təhsil almağa gedən 12 azərbaycanlı gənc geri qaytarılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya ali məktəblərinə qəbul edilən 12 azərbaycanlı gənc ölkəyə geri qaytarılıb.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ali məktəblərinin bakalavriat səviyyəsi üzrə qəbul olunmuş 20 azərbaycanlı gəncin 10-u ölkəyə geri qaytarılıb. Bununla yanaşı, Rusiya ali məktəblərinin magistraturalarına qəbul olunmuş 2 nəfər də ölkəyə geri göndərilib.

Rusiya həmin tələbələri maddi imkansızlıq üzündən qəbul etməyib. Buna təəssüflənən TQDK sədri bildirib ki, Rusiya bakalavriat səviyyəsi üzrə yalnız 10 nəfəri qəbul etmək imkanı olduğunu açıqlayıb. Geri qaytarılan tələbələr topladıqları ballara uyğun olaraq, Azərbaycanın ali məktəblərinə yerləşdirilib.

Abbaszadə deyib ki, TQDK Heydər Əliyev Fondu ilə birlikdə Litva ali məktəblərinə azərbaycanlı tələbələrin qəbulunu aparıb. Həmin ölkənin ali məktəblərinə 15-dək azərbaycanlı qəbul olunub. Amma həmin şəxslər dövlət hesabına deyil, öz hesablarına təhsil alacaqlar. Heydər Əliyev Fondu həmin tələbələrə maddi dəstək göstərir.

Abbaszadə qalan xarici ölkələrdə təhsil almağa göndərilən azərbaycanlı gənclər haqqında məlumatının olmadığını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG