Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

Reseptin aydın yazılmaması xəstəni ölümə aparır


Hindistanda bir qrup tibb işçisi həkimlərin səliqəsiz əl yazılarının ölümcül səhvlərə səbəb olduğunu deyir və bunu aradan qaldırmaq üçün yeni təşəbbüs irəli sürürlər.

Qeyri-kommersiya qrupu “Medscape Hindistan” deyir ki, ölkənin qərb Maharashtra bölgəsində 100-dən çox həkiminin sonuncu toplantısında yekun olaraq bildirilib ki, tibbi reseptlərin aydın xətlə yazılmaması və əczaçıların tələm-tələsik yazılmış reseptləri təhrif etməsi ölüm hallarının “şok artımına” gətirib çıxarıb.

“Medscape” deyir ki, həkimlərə sürətli bələdçi kimi xidmət etmək üçün bir kitabça nəşr etməyi planlaşdırır. Təşkilat tibb işçilərinə sürətli və aydın yazmaq texnikası üzrə xüsusi seminarlar da təklif edəcək.

Maharashtra Səhiyyə Nazirliyi bu təşəbbüsə dəstək verdiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG