Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:45

Roma Papası Livana gedir


Papa XVI Benedikt sentyabrın 14-də əksəriyyəti müsəlmanlardan olan Livana üç günlük səfərə gəlib.

Vatikan deyir ki, səfər Papanın dinlərarası dialoqla bağlı addımlarındandır.

Bu səfər Suriya konfliktinin Livana təsirinin göründüyü və Amerikada Məhəmməd Peyğəmbərə qarşı çəkilmiş “Müsəlmanların günahsızlığı” filminin səbəb olduğu etirazlar fonunda baş tutur.

85 yaşlı papa bu titulla Orta Şərqə 4-cü dəfədir ki səfər edir, onun regionda müxtəlif xristian kilsələri arasında birlik və xristianlarla müsəlmanlar arasında sülhə dair çıxışları gözlənilir.

Benedikt 1997-ci ildə Livana getmiş II John Pauldan sonra bura səfər edən ilk papadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG