Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı tutulub


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı tutulub. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayonunda əməliyyat keçirilib. Əməliyyat nəticəsində xidmətin Saatlı rayon şöbəsinin rəisi İlqar Atayev, Daşkəsən rayon şöbəsinin rəis müavini Ramil İsmayılov, Göyçay rayon şöbəsinin əməkdaşı Maarif Nəsibov korrupsiya faktı ilə əlaqədar saxlanılıblar. Onlar rüşvət almaqda təqsirli bilinirlər.

Xidmətin digər rayon şöbələrində də yoxlamalar aparıldığı bildirilir. Daha bir neçə nəfərin həbs ediləcəyi gözlənilir.

Prezidentin bu il fevralın 13-də imzaladığı fərmanla hərbi komissarlıqlar ləğv edilib. Onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
XS
SM
MD
LG