Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07
VALİDEYNLƏR ÜÇÜN «MƏKTƏB FACİƏSİ»

«Azadlıq» qəzeti «Valideynlər üçün «məktəb faciəsi» adlı məqalədə dərs ləvazimatlarının il-ildən bahalandığını, məktəbli geyiminin qiymətindən baha satıldığını yazır. «Bir uşağı məktəbə göndərmək üçün təxminən 200 manat pul lazımdır. Ailədə iki və ya daha çox övlad məktəblidirsə, deməli, durum lap faciəlidir».

HİLAL MƏMMƏDOVA QARŞI TƏXRİBAT?

«Zerkalo» qəzeti yazır: «Davay, do svidaniya» video çarxının müəllifi Hilal Məmmədov ömürlük azadlıqdan məhrum edilə bilər». Rusiyadakı Talış diasporunun başçısı İsmayıl Şabanov isə deyib ki, Hilal Məmmədova qarşı təxribat hazırlanır, onun həyatı təhlükədədir. Buna görə də Azərbaycan səfirliyi qarşısında piketlər keçirəcəklər.

OĞUL ATANIN ÖLÜMÜNDƏN ŞİKAYƏTÇİ DEYİL

«Yeni Müsavat» qəzeti yazır: «Aydın Acalovun oğlu Nigar Yaqubludan şikayətçi deyil». Avqustun 25-də yol qəzasında ölən Müsavat Məclisinin üzvü Aydın Acalovun oğlu Rəşad Acalov bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət edib. O işin xətm olunmasını istəyib.

MÜXALİFƏT LİDERLƏRİ ARXİVƏ QOVUŞUR?

«Azərbaycan» qəzeti İctimai Palatadan yazır. Onun konkret prinsipə söykənməyən amorf quruma çevrildiyini bildirir. «Birmənalı şəkildə demək olar ki, bu gün dağıdıcı müxalifət düşərgəsini təmsil edən qüvvələrinin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər. Bu da onu deməyə əsas verir ki, bu il prezident seçkilərində aqressiv müxalifətin «liderləri» tarixin arxivinə qovuşacaqlar».

ÖZƏL UNİVERSİTETLƏRƏ TƏKLİF

Professor Zahir Məmmədov «Bizim yol»a müsahibəsində deyib ki, özəl universitetlər birləşməyə getməlidirlər. «Lüks bina tikdirib, amma içində peşəkar müəllim olmayan universitet kimə lazımdır» deyə o sual edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG