Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

Məhəmməd peyğəmbər barədə çəkilmiş filmə etirazlar artıb


Yəməndə nümayişçilər xəbərdarlıq atəşindən sonra qaçır

Yəməndə nümayişçilər xəbərdarlıq atəşindən sonra qaçır

Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş filmə etirazlar Liviyadan Yəmənə, Misirə, İraqa yayılıb.

Bir qrup adam Yəmən paytaxtında ABŞ səfirliyinə hücum edib.

Nümayişçilərin dağıdılması üçün polis su şırnağından, göz yaşardıcı qaz və xəbərdarlıq atəşindən istifadə edib. Azı 3 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilir.
Bundan əvvəlsə nümayişçilər səfirliyin şüşələrini sındırıb, maşınları və ABŞ bayrağını yandırıblar.

Misirdə də ABŞ səfirliyi qarşısında 3 gündür etiraz edən nümayişçilərlə polis arasında toqquşma olub. İraqda Sədr City istiqamətində yürüş edən minlərlə adam isə ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Bu arada Liviyada ABŞ səfirliyinə hücum edən və 4 nəfərin ölümünə səbəb olan hadisə ilə əlaqədar bir neçə nəfərin həbs edildiyi bildirilir. Bu barədə Liviyanın baş naziri Mustafa Abu Shagur məlumat verib.

Bir qrup silahlı adam sentyabrın 11-i gecə ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıb. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG