Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Bakıda 27 dərəcə isti olacaq


Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Sentyabrın 14-dən 16-dək Abşeron yarımadası nisbi yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olacaq. Bunun nəticiəsində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
XS
SM
MD
LG