Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:56

H,Clinton:"İnternetdə yerləşdirilmiş bu film iyrənc və mühakiməyə layiqdir"


ABŞ Dövlət katibi Hillary Clinton ABŞ hökumətinin Məhəmməd peyğəmbər barədə çəkilmiş filmlə heç bir əlaqəsi olmadığını deyib.

Hillary Clinton internetdə yerləşdirilmiş bu filmin iyrənc və mühakiməyə layiq olduğunu bildirib.

Amma Dövlət katibi qeyd edib ki, bu zorakılığa heç bir əsas vermir.

Çərşənbə axşamı ABŞ-ın Liviyadakı konsulluğuna edilmiş hücum zamanı ABŞ səfiri
Christopher Stevens və konsulluğun digər 3 əməkdaşı öldürülüb.

Həmçinin bu filmə etiraz olaraq Yəməndəki ABŞ səfirliyinə hücum cəhdi olunub.

Bundan başqa Misir, Banqladeş, İran və bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG