Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:33

Lisey direktoru təqaüdləri mənimsəmək ittihamı ilə məhkəmə qarşısına çıxır


World -- Corruption, bribery, generic photo

World -- Corruption, bribery, generic photo

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən yayılan rəsmi xəbərdə deyilir ki, Biləsuvar peşə liseyinin direktoru Teymur Poladov və həmin məktəbin baş mühasibi Almaz Həşimovun əleyhinə istintaq materialları baxılmaq üçün məhkəməyə göndərilib. Prokurorluğun iddiasına görə direktor və baş mühasib dövlətin şagirdlərə 2010-cu ilin aprel-sentyabr ayları üçün verdiyi 90 637 manatı mənimsəyiblər.

Rayon sakinlərinin şikayəti ilə onların hər ikisi saxlanıb və onlara qarşı mənimsəmə, israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açılıb. Bu ittihamlar sübut olunsa, onları əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Amma hələlik prokurorluğun rəsmi məlumatında adı çəkilən adamların vəkilləri, yaxud yaxınlarının ittihamlarla bağlı reaksiyası məlum deyil.
XS
SM
MD
LG