Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30
UEFA ilə Avropa Klublar Assosiasiyası arasında 2012-ci ilin mart ayında bağlanmış müqaviləyə əsasən 2012-ci ildə keçirilən Avropa çempionatının final və seçmə mərhələsində iştirak edən klublara maddi yardım ayrılıb.

UEFA-nın rəsmi saytında gedən məlumata görə, qurum yarışlardan götürdüyü gəlirin yarısını klublar arasında bölüb.

Ümumilikdə 575 kluba vəsait ayrılıb.

Ən çox gəlir “Avro-2012”də daha çox futbolçuyla təmsil olunan Münhenin “Bavariya” klubuna çatıb: 3 milyon 95 min 393 avro.

İkinci yerdə Madridin “Real” klubu (2 milyon 996 min 585 avro), 3-cü yerdə isə 2 milyon 210 min 202 avo ilə “Barselona” klubu gəlir.

UEFA “Kəpəz” istisna olmaqla Azərbaycanın 11 klubuna da vəsait ayırıb.

Ən çox gəlir götürən “Qarabağ” olub – 293 min 501 avro.
Sonrakı sıra isə belədir:

“Qarabağ” – 293 min 501
“Neftçi” – 190 min 776
“Xəzər Lənkəran” - 153 min 739
“İnter” - 128 min 232
“Bakı “ – 127 min 883
“Qəbələ” – 113 – 208
AZAL – 67 min 86
“Turan” 25 min 157
“Sumqayıt” 16 min 771
“Simurq” 13 min 627
“Rəvan” - 6988

Günün bütün mövzuları

XS
SM
MD
LG