Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

«Azadlıq» qəzetinə qarşı Tağı Əhmədovun iddiası qüvvədə qaldı


-
Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi «Azadlıq» qəzetini 30 min manat cərimələyən qərarı qüvvədə saxlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib.

Vəkil Ali Məhkəməyə müraciət edəcəklərini deyir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» qəzetini 2012-ci ilin aprelində çıxmış «Tağı Əhmədov 5 qəpikləri mənimsədi» sərlövhəli yazıya görə məhkəməyə verib. O, qəzetin 200 min manat cərimələnməsini istəmişdi.

Yasamal rayon Məhkəməsi iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG