Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:47
-
«Eurovision 2011»in qalibi Eldar Qasımov sentyabrın 13-də «I’m free» mahnısına çəkdirdiyi solo klipi təqdim edib.

Klipinin təqdimatı zamanı Eldar Qasımov deyib ki, bu mahnı qəflətən özünü keçmiş məcburiyyətlərdən və bağlılıqlardan azad hiss edən bir insanın emosional portretidir. Məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqındadır.

«Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir. Amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur. Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Eyni zamanda, mən bununla azad olduğumu çatdırıram və bildirirəm ki, ürəyim boşdur».


Eldar Qasımovun klipdəki tərəf müqabil Ukrayna aktrisasıdır.

Solo klipin çəkilişləri iyunun sonlarında Kiyevdə aparılıb. Layihəni bütünlüklə Ukraynanın «Euomedia Group» şirkətinin komandası həyata keçirib.

Klipin ərsəyə gəlməsi üçün 200 nəfər çalışıb.

Eldar Qasımov solo klipə nə qədər pul xərcləndiyini kommersiya sirri sayaraq açıqlamayıb.

Mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb.

E. Qasımov onu da deyib ki, hazırda bəstəkar və prodüser İsa Məlikovun «Azərbaycan» mahnısı üzərində çalışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG