Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:34

Valideynlər övladlarının qiymətini SMS-lə alacaq


«Elektron gündəlik» (е-gündəlik) layihəsi çərçivəsində valideynlərə şagirdlərin müvəffəqiyyət dərəcəsi barədə SMS xəbərdarlığı «Elektron məktəb» (e-school) layihəsinə qoşulan bütün məktəblərdə tətbiq ediləcək. Bu barədə Trend-ə «Ultra» şirkətindən bildirilib.

Azərbaycanın sistemli inteqrator funksiyasını icra edən İT şirkəti «Ultra» sistemin texniki cəhətdən qurulmasının həvalə olunduğu struktur qismində seçilib.

Bu gün «Elektron məktəb» layihəsinə qoşulan tədris müəssisələrinin sayı 39 ədədə çatır. İlin sonunadək bu rəqəmin 50-ə qədər çatdırılması planlaşdırılır.
XS
SM
MD
LG