Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Uşaqlar arasında ölüm 40 faiz azalıb


Son 20 il ərzində bütün dünyada 5 yaşından aşağı uşaqlar arasında ölüm hallarının sayı azalıb.

Sentyabrın 13-də UNİCEF-in 2012-ci il üzrə uşaq ölümü ilə bağlı yaydığı hesabatında belə deyilir.

Hesabatda deyilir ki, 5 yaşından aşağı uşaqlar arasında ölüm hallarının sayı 40 faiz azalıb. 1990-cı ildə bu rəqəm 12 milyon idisə, 2011-ci ildə 6,9 milyon olub. Lakin hələ də hər gün 5 yaşından aşağı təxminən 19 min uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür.

Göstəricilər ölkədən ölkəyə dəyişir. Getdikcə də fərq azalır. Araşdırma aparılan 200 ölkə arasında yalnız Somali yeganə ölkədir ki, son 20 il ərzində uşaq ölümü sahəsində heç bir irəliləyiş olmayıb. 2011-ci il üçün ən yaxşı nəticə Sinqapurda olub. Bu ölkədə 5 yaşından aşağı olan 1000 uşaqdan 2,6-ı ölüb. Ən pis nəticə Sierra Leonadadır - hər 1000 uşaqdan 185-i ölüb. ABŞ-da isə hər 1000 uşaqdan 8-I ölüb.

Dünya üzrə orta göstərici isə hər 1000 uşağa 51 ölümdür. Bütün dünya üzrə 5 yaşından aşağı ölən uşaqların yarısı 5 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan və Çinin payına düşür.

Uşaqlar arasında ölümün üçdə ikisinə səbəb infeksion xəstəliklərdir. Bunlar arasında da əsas xəstəliklər pnevmaniya, diareya, malyariya və qızılcadır. Ölüm hallarının 40 faizi uşaqların 1 aylığında baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG