Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:59
ƏRDOĞANIN BƏYANATI RUSİYANI QICIQLANDIRMAĞA BAŞLAYIR

«Zerkalo» qəzeti yazır ki, «Türkiyə Rusiyanı qıcıqlandırmağa başlayır». Qəzet bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəbələdə çıxışı zamanı Rusiyanın Suriya ilə bağlı mövqeyini tənqid etməsi ilə əlaqələndirir. Qəzetə görə, Türkiyənin baş nazirini narahat edən Moskvanın Suriyada keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyidir. «Moskva bəyan edib ki, əgər Bəşər Əsəd bu dəfəki seçkilərdə qələbə çalsa beynəlxalq ictimaiyyət Suriya xalqının seçiminə hörmət etməlidir. Vətəndaş müharibəsi şəraitində hansı azad seçkidən söhbət gedə bilər?» deyə Ərdoğan bildirib.

POLİSLƏRİN İFADƏLƏRİNDƏKİ ZİDDİYƏT

«Bizim yol» «Quba prokurorluğundan təqsirləndirilənlərə gizli tapşırıq» verildiyini yazır. Qəzet həm də qeyd edir ki, «Məhkəmə prosesində polislərin ilkin ifadələri ilə sonrakı danışıqları üst-üstə düşmədi».

BƏLƏDİYYƏLƏR HAQDA QANUNVERİCİLİKDƏ DƏYİŞİKLİK

«Azərbaycan» qəzeti «Qanunvericilikdə bələdiyyələrlə bağlı dəyişiklik ediləcək». Qəzetin yazdığına görə, payız sessiyasında bələdiyyələrin siyahısında, Torpaq məcəlləsində, Azərbaycanın inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

ƏBÜLFƏZ ELÇİBƏYİN ZƏHƏRLƏNMƏSİNƏ DAİR FAKTLAR?

«Yeni Azərbaycan» qəzeti yazır «Əbülfəz Elçibəyin zəhərlənməsinə dair növbəti faktlar» var. Qəzet eks-prezidentin zəhərlənməsi iddiası ilə bağlı məhkəməyə müraciət edən Müasir Müsavat partiyasının sədri Hafis Hacıyevin Türkiyədə həkimlərdən rəsmi sənədlər aldığını deyir.

MÜHARİBƏ SSENARİSİ İŞƏ DÜŞƏ BİLƏR

«Azadlıq» qəzeti «Hakimiyyətin 2013-lə bağlı dəhşətli planı» olduğunu yazır. Qəzetə görə «Əliyevlərin qorunması üçün «müharibə ssenarisi» işə düşə bilər».

MER SEÇKİSİ KEÇİRİLƏ BİLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, «Hökumət çalışır ki, seçkili orqanların sayı az olsun». Qəzet həm də yazı ki, «Qərbdən gələn təzyiqlər nəticəsində hakimiyyət yaxın 1 il ərzində mer seçkiləri keçirə bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG