Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Misir prezidenti Avropa Birliyi ilə danışıqlara başlayır


Misir prezidenti Mohammed Morsi bu gün Brüsselə gedir. Bu, onun iyun ayında prezident seçiləndən sonra Avropaya ilk səfəridir. O Avropa Birliyi rəhbərliyi ilə danışıqlar aparacaq.

Misir prezidentinin nümayəndəsi bildirib ki, əsas vəzifə Avropa Birliyi ilə əməkdaşlığa yeni təkan vermək və Misirin investisiya potensialının müzakirəsidir.

Avropa Birliyi Misirin əsas ticarət tərəfdaşıdır. Brüsseldən sonra Morsi İtaliyaya gedəcək.
XS
SM
MD
LG