Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Liviyadakı ABŞ konsulluğuna hücumda yerli gözətçilər də ölüb


Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilmiş hücumda 4 ABŞ diplomatının ölümündən başqa konsulluğun 10-dək yerli gözətçisi ölüb və ya yaralanıb.

Bu barədə Liviyanın BMT-ki daimi nümayəndəsinin müavini İbrahim Dabbashi məlumat verib.

Hücum zamanı ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.

Hücuma səbəb Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş film olub.

Aksiyaçılar bunun islama təhqir olduğunu bildiriblər.

Həmçinin Misirin paytaxtı Qahirədə radikal islamçılar buna etiraz olaraq ABŞ səfirliyi qarşısında aksiya keçiriblər.

ABŞ prezidenti Barack Obama ( Barak Obama) da daxil olmaqla beynəlxalq aləm Liviyadakı hücumu kəskin pisləyib.
XS
SM
MD
LG