Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

E. Abdullayev:"“ASALA-nın məktubu Azərbaycan diplomatlarına təhdiddir"


Elman Abdullayev
Elman Abdullayev
“ASALA terror təşkilatının məktubu Azərbaycan diplomatlarına qarşı birbaşa təhdiddir və bu fakt dünya ictimaiyyəti tərəfindən ciddi şəkildə pislənməlidir”.

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

O qeyd edib ki, ASALA həmişə terror təşkilatı olub və dəfələrlə terror aktə törədib.

Ramil Səfərovun ekstradisiyasından sonra Azərbaycanın Macarıstandakı səfirliyinə təhdid dolu məktublar göndərilib .

Həmçinin ASALA erməni terror təşkilatı səfirliyə onun əməkdaşlarını və xaricdə yaşayan azərbaycanlıları ölümlə hədələyən məktub göndərib.

Ermənistan KİV-in sentyabrın 10-da yaydığı məlumatda isə ASALA-nın Azərbaycan səfirliyinə məktub göndərdiyi barədə xəbərlər təkzib edilib.

Elman Abdullayev bildirib ki, Azərbaycan tərəfi bu məsələnin araşdırılması ilə bağlı Macarıstanın hüquq-mühafizə orqanlarına müraciət edib.
XS
SM
MD
LG