Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Naxçıvanda qadın mədəniyyət işçiləri mammoqrafiya müayinəsindən keçirilir.


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 22 iyun 2012. sayı: 116 (20.521)


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ İNTERNET SƏHİFƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Naxçıvan Dövlət Universitetinin yenilənmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib. www.ndu.edu.az internet səhifəsi universitetin İnformasiya – kommunikasiya texnologiyaları şöbəsi və «MEQA» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb.

Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli müasir dünyamızda informasiya – kommunikasiya texnologiyalarının rolundan, ali məktəblərdə bu sahədə həyata keçirilən layihələrdən danışıb. Vurğulanıb ki, ali təhsil ocağında informasiya – kommunikasiya texnologiyaları uğurla tətbiq olunur. Universitetin bütün struktur bölmələri müasir kompyuterlərlə təchiz olunub və burada yüksək keyfiyyətli internet şəbəkəsindən istifadə edilir.

...Yenilənmiş sayt haqqında məlumat verən Xalid Babayev qeyd edib ki, burada məlumatlar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib. Sayt vasitəsilə universitetin tarixi inkişafı, struktur bölmələri, mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi kitabxanası, elektron kataloq sistemi, elm və təhsil, sosial – mədəni mühitdə baş verən yeniliklər haqqında məlumatları əldə etmək mümkündür.
Sonra tədbir iştirakçıları saytla tanış olublar.

QADIN MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN MAMMOQRAFİYA MÜAYİNƏSİ APARILIR

Əhali arasında profilaktik tədbirlərin keçirilməsinin daimi diqqətdə saxlayan tibb müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzidir. Mərkəz tərəfindən qadın mədəniyyət işçilərinin kütləvi profilaktik müayinələri davam etdirilir. 2010-cu ildə muxtar respublikanın səhiyyə, ötən il isə təhsil müəssisələrində işləyən qadınlar arasında süd vəzi xərçəngönü xəstəliyinin vaxtında aşkar edilməsi məqsədilə profilaktik mammoqrafiya müayinəsi aparılıb. Cari ildə isə muxtar respublikanın qadın mədəniyyət işçiləri arasında mammoqrafiya müayinəsi həyata keçirilir.

Ötən beş ay ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin struktur bölmələrində çalışan 1129 qadın süd vəzi profilaktik mammoqrafiya müayinəsindən keçirilib, xərçəngönü xəstəliyə şübhəli bilinən qadınlar dispanserizasiya qeydiyyatına götürülüb. Artıq Naxçıvan şəhəri və Şərur rayonu istisna olmaqla, digər rayonların qadın mədəniyyət işçiləri müayinədən keçiriliblər.

Qeyd edək ki, süd-vəzi xərçəngi başlanğıc dövründə müəyyən dəyişikliklərə səbəb olur. Qadınlar bu dövrdə mütləq onkoloji mərkəzə müraciət etməlidirlər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- 973 hektar sahənin taxılı biçilib
- Heydər Əliyev yolu Azərbaycanı daha xoşbəxt gələcəyə aparır
- Milaxda yeni quruculuq ünvanları
XS
SM
MD
LG