Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Phlippe Lefort bu gün Azərbaycana gəlir.

Bu barədə APA agentliyi Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir.

Phlippe Lefort prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər ölkə rəsmilərilə görüşəcək.

Görüşlərdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin inkişafı və Dağlıq Qarabağ danışıqlarının hazırkı durumu ətrafında fikir mübadiləsi aparılacaq.

Phlippe Lefort dünən Ermənistanda olub.
XS
SM
MD
LG