Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

Birincilərin cəmi 30 faizi məktəbəqədər təhsil ocaqlarına gedib


Bu il məktəbə gedən birincilərin cəmi 30 faizi məktəbəqədər təhsil ocaqlarından gəlib.

Bu barədə məlumatı Gəncə Şəhər Təhsil İdarəsinin Məktəbəqədər Tərbiyə müəssisələri üzrə məsləhətçisi Nəcabət Kalayeva verib. Bildirib ki, builki göstərici çox aşağıdır və azyaşlıların bağçalara cəlb olunması zəruridir.

Deməsinə görə, hazırda Gəncədə 4290 uşaq bağça tərbiyəsinə cəlb edilib ki, bu sayda ilin əvvəlində 4 min 330 olub.

Gəncə şəhəri üzrə 23 minə yaxın məktəbəqədər uşaq var ki, onlardan da yalnız 18 faizi məktəbəqədər tərbiyəyə cəlb edilə bilir. Nəcabət Kalayeva deyir ki, şəhərdə bağçalar kifayət qədər deyil.

Hazırda Gəncədə bir uşaq bağçası yenidən tikilir, biri isə əsaslı təmir edilir. Bundan başqa şəhərdə daha 7 məktəbəqədər təhsil müəssisəsi tikiləcək.

Qeyd edək ki, hazırda Gəncədə 42 tərbiyə müəssisəsi fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG