Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:23

Nizami Gəncəvinin əlyazması Britaniyadan Gəncəyə gətirilib


Nizami Gəncəvinin XIII əsrə aid olan əlyazması Böyük Britaniyadan Gəncəyə gətirilib.

Bu barədə Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə məlumat verib. Bildirib ki, əlyazma artıq kitab halına salınıb. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin bütün əsərləri toplanıb.

Nizaminin əsərlərinin toplanılması layihəsi Gəncə Regional Elmi Mərkəzi ilə BP şirkətinin təşəbbüsü ilə reallaşıb.

Qeyd edək ki, bu il dünyanın müxtəlif yerlərində, xüsusən də Almaniya, Avstriya və Rusiyada saxlanan, XIV-XV əsrləri əhatə edən əlyazmaların nümunələri Gəncə şəhərinə gətirilib. S. Pişnamazzadənin sözlərinə görə, bu əlyazmalar Nizami məqbərəsinin qarşısında tikilən yeni muzeydə qorunacaq.
XS
SM
MD
LG