Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:54

Rəcəp Tayyib Ərdoğan Şəki şəhərində olub


Sentyabrın 12-də prezident İlham Əliyev və Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Şəki şəhərində olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət ediblər.

Sentyabrın 11-də Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana ikigünlük səfərə gəlib.

Səfərdə onu Türkiyənin Xarici İşlər, Enerji və Təbii Qaynaqlar, İqtisadiyyat və digər nazirləri müşayiət edir. Prezident İlham Əliyevlə Rəcəp Tayyib Ərdoğan Qəbələdə görüşüblər. Onların birgə sədrliyi ilə Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) iclası keçirilib.
XS
SM
MD
LG