Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

BTC avqustda 2,3 milyon ton Azərbaycan nefti ötürüb


Avqust ayında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub. Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb. Şirkətin məlumatına görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 20 milyon 664 min 558 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 196 milyon 442 min 258 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 241 min 532 ton Türkmənistan nefti nəql olunub.
XS
SM
MD
LG