Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Pakistanda fabrikdəki yanğında 100-dən çox adam ölüb


Karaçi şəhərindəki tikiş fabrikində yanğın

Karaçi şəhərindəki tikiş fabrikində yanğın

Pakistanda fabrikdə baş verən yanğında ölənlərin sayı 100-ü ötüb.

Karaçi şəhərindəki tikiş fabrikində yanğın baş verib.

Polis deyib ki, 30-dan çox yaralı var.

Rəsmilər bildirir ki, ölənlər arasında 30-a qədər adam elə yanıb ki, onların qadın, ya kişi olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Yanğınsöndürənlərin sözlərinə görə, bəzi qurbanlar çıxış qapıları olmadığından bağlı qapılar arxasında qalıb və ya tüstüdən boğulublar.

Fabrikin 450-yə yaxın işçisi var.

Sentyabrın 11-də ayaqqabı fabrikində baş verən yanğında azı 23 adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG