Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Taliban 400 milyon dollar gəlir əldə edib


Əfqanıstan Talibanı 2011-ci ildə gəlirini 400 milyon dollara qaldırıb.

BMT-nin yeni hesabatında deyilir ki, ötən il Taliban vergilərdən, ianələrdən və yerli biznesmenlərin hədələnməsi yolu ilə 400 milyon dollar əldə edib.

Hesabatda 250 milyon dolların Taliban liderlərinə çatdığı, qalanların isə yerli səviyyədə xərcləndiyi xərcləndiyi bildirilir.

Taliban yerli əhalidən becərdiyi narkotik bitki məhsulunun 10 faizini və sərvətin 2,5 faizini vergi kimi alır.

Qrup su və elektrik təchizatı xidmətlərinə də vergi qoyub.

Xarici inkişaf fondları da Talibanın maliyyə mənbələrindən biri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG