Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20

İlham Əliyev Ramil Səfərova görə beynəlxalq tənqidə sərt təpki verdi


İlham Əliyev

İlham Əliyev

-
Prezident İlham Əliyev Ramil Səfərovun əfvi ilə əlaqədar səslənən beynəlxalq tənqidi əsassız sayır.

President.az saytının məlumatına görə, bu haqda İlham Əliyev sentyabrın 10-da Şəkidə məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində danışıb.

İlham Əliyev bildirib ki, Ramil Səfərov Avropa Konvensiyası əsasında Azərbaycana təhvil verilib və ölkə konstitusiyasına da uyğun olaraq əfv edilib.

«Ermənilər, dünyadakı erməni lobbisi dünyaya səs-küy salıb. Bizim əsas düşmənimiz erməni lobbisidir. Onlar indi Azərbaycana qarşı çirkin kampaniya həyata keçirirlər. Onların himayə etdiyi satqın, ikiüzlü, rüşvətxor senatorlar, beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Bu ittihamlar üçün heç bir əsas yoxdur. Hər şey Avropa Konvensiyası əsasında qəbul edilmiş qanun çərçivəsində olub».

Prezident Avropa Şurasının baş katibi Thorbjørn Jagland'ı da tənqid edib.

«Görün Avropa Şurasının baş katibi nə deyir? Humanizmi təcəssüm etdirməli olan bu insan. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Bunu yaxşı bilirəm, çünki üç il Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. İsrarla cinayətkarları azad etməyimiz üçün təzyiq göstərirdilər. Yadımdadır, onlar arasında Avropa Şurasının israrı ilə azad edildikdən sonra bütün ailəsini – atasını, anasını və azyaşlı qızını qətlə yetirən cinayətkar da var idi.

İndi isə həmin Avropa Şurası məni Ramil Səfərovu əfv etməkdə ittiham edir. Bu insanın vətənində Breivik 80 nəfəri öldürüb və ona 21 il həbs cəzası verilib. Hər qətlə yetirilən şəxs üçün 3 ay. Belə şey olar? Niyə o, bu barədə danışmır?».

Azərbaycan prezidenti ABŞ senatoru Menendez'i isə qərəzli olmaqda ittiham edib. Onu «erməniyönlü», «islamofob» və «anti-Azərbaycançı» adlandırıb:

«Bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək».

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə NATO təlimlərində erməni zabitini qətlə yetirmişdi. Macarıstan məhkəməsi onu ömürlük azadlıqdan məhrum etmişdi.

Avqustun 31-də Ramil Səfərov Azərbaycana verilib və prezident onu əfv edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG