Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51

İ.Əliyev Avropa Şurasını, "bəzi satılmış senatorları" tənqid edir


“Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi” – bunu APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev deyib.

President.az saytının məlumatına görə İlham Əliyev sentyabrın 10-da Şəkidə məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi mərasimində danışıb.

Dövlət başçısı R. Səfərovun qaytarılması və əfv edilməsindən sonra Azərbaycana qarşı təzyiq və ittihamların başladığını bildirib. O deyib ki, bunu təşkil edən erməni lobbisidir.

Azərbaycan prezidenti Avropa Şurasından səslənən tənqidlərə də toxunub:

“Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.

Həmin o adamın vətənindən olan Breiviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır?”

“Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı.”

İlham Əliyev sonda deyib ki, bu təzyiqlərin heç biri “ iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG