Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

ADP fəalı barədə həbs-qəti imkan tədbiri başa çatır


Sentyabrın 18-i ADP Gənclər Təşkilatının həbsdə olan üzvü Rəsul Mürsəlov haqqında seçilmiş iki aylıq həbs-qəti imkan tədbiri başa çatır.

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev AzadlıqRadiosuna bildirib ki, Rəsul Mürsəlov 2 aprel mitinqində həbs edilən gənclərin hüquqlarını müdafiəsi komitəsinə qoşulduğu və etiraz aksiyalarda fəallıq göstərdiyi üçün tutulub.

Rəsul Mürsəlov iyulun 18-də türkiyəli dostu Vedat Kutlu ilə birlikdə Zaqatalaya, sonra isə Balakənə gediblər:

«Gürcüstanla sərhəddə yerləşən Mazım çayında çiməndə onları Sərhəd Qoşunlarının əsgərləri saxlayıb. Əsgərlər onların sərhəd zonasında olduqlarını bildirərək sənədlərini istəyib. Zastavada Balakəndən olan şəxsi azad ediblər. Rəsul Mürsəlov isə iki gün zastavada saxlanandan sonra hərbi hissəyə aparılıb. Daha sonra ona və türkiyəli dostu Vedat Kutlu barədə sərhəd pozuculuğu ittihamı ilə Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə cinayət işi açılıb».

Balakən Rayon Məhkəməsi Rəsul Mürsəlovla Vedat Kutlu haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. Hazırda onlar Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

İttiham təsdiq olunarsa onları 5 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG