Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33
-

Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun İstanbulda “Məsumiyyət muzeyi” açmasından sonra daha bir nobelçi – almaniyalı Herta Müllerin də muzey açmaq təşəbbüsündə bulunduğu məlum olub.

O, nasist Almaniyasının təqib etdiyi mühacir rəssam və yazıçılara həsr edilmiş muzey açmağa çalışır.

Keçən il H.Müller Almaniya kansleri Angela Merkelə öz planları barədə məktub yazaraq dəstək istəyib.

Bu ilin əvvəlində isə Almaniyanın mədəniyyət naziri belə bir muzeyin on-line variantda açılması üçün təxminən 1 milyon dollar ayırıb.

“Ümid edirəm ki, bu, real muzeyin yaradılması istiqamətində ilk addımdır... Almaniya Holokost kimi bu məsələdə də öz məsuliyyətini etiraf etməlidir” – deyə yazıçı “Bloomberg”ə bildirib.

H.Müller yada salıb ki, nasistlərin təqib etdiyi yazıçı Stefan Zweig Braziliyada intihar etmiş, şair Paul Celan mühacirətdən Vətəninə qayıdandan sonra yerli ədəbi dairələrin boykotu ilə üzləşmiş, Konrad Merz Amsterdamda şkafda gizlənməklə ölümdən qurtulmuş, Nelly Sachs isə əsir düşərgəsinə göndərilməsinə bir həftə qalmış İsveçə qaçmışdı.

H.Müller Çauşesku diktaturası zamanı Rumıniya xüsusi xidmət orqanları tərəfindən təqib edilmiş, 1987-ci ildə Almaniyaya mühacirət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG