Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Erdogan deyir ki, Türkiyə al-Hashimini verməyəcək


Türkiyənin baş naziri Erdogan İraqda dar ağacından asılma ilə ölümə məhkum olunmuş, ancaq qaçıb Türkiyəyə sığınmış İraqın sünni vitse-prezidenti Al-Hashiminin taleyi ilə bağlı deyib:

“Ona qarşı ittihamlar ölümə aparmamalıdır. Hashimi öz ailəsinin bir çox üzvünü itirib. Ona qarşı belə hərəkətə yol verilməməlidir”.

Erdogan deyib ki, “Hashimi Türkiyədə istədiyi qədər qala bilər. Türkiyə onu verməyəcək”.

Sentyabrın 9-da İraq məhkəməsi Hashimini ölümə məhkum etdi.

ABŞ bu qərardan sonra siyasi böhranla bağlı narahatlığını bildirib.

Hashimi özünə qarşı ittihamları siyasi motivli adlandırır.
XS
SM
MD
LG