Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

Cəbhə xəttində monitorinq keçiriləcək


Sabah – sentyabrın 12-si ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Xəbəri Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG