Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

NDİ təşkilatının Azərbaycanda fəaliyyəti bərpa olunub


NDI Təşkilatının loqosu
NDI Təşkilatının loqosu
Azərbaycan hakimiyyəti Amerika Milli Demokratiya İnstitutunun (NDİ) dövlət qeydiyyatını bərpa edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Turan-a bu məlumatı təsdiq edərək bildiriblər ki, NDİ ilə müvafiq saziş imzalanıb və təşkilat qeydiyyata alınıb.

Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır.

Lakin bu qərardan əvvəl 2011-ci il martın 10-da Azərbaycan hakimiyyəti NDİ və Norveç İnsan Haqları Evinin bölməsini – «İnsan Haqları Evi»nin fəaliyyətini dayandırmışdı. Buna səbəb kimi Ədliyyə Nazirliyi ilə razılaşmanın olmaması göstərilmişdi.

Ədliyyə Nazirliyinə çoxsaylı müraciətlərə baxmayaraq, Norveç təşkilatının qeydiyyatı bərpa olunmayıb.

NDI Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir müddət idi ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi. Norveç İnsan Haqları Evi isə gənclər və hüquq müdafiəçiləri, jurnalistlərin sıx toplaşdığı məkanlardan olub.
XS
SM
MD
LG