Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:47

Qəbələdə yeni istirahət və idman mərkəzləri tikilir


Qəbələdə «Tufan», «Aquapark», «Golf Resort» istirahət və idman mərkəzləri tikilir.

Prezident İlham Əliyev Qəbələdə inşa olunan «Tufan» dağ-xizək yay-qış istirahət kompleksində olub. President. az saytının məlumatına görə, dağlıq ərazidə salınan turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.

Kompleksin inşa edilməsi turistlər üçün bütün fəsillərdə ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradacaq.
«Aquapark»da 1,2 metr hündürlükdə dalğalı hovuz yaradılacaq.

Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcək.
XS
SM
MD
LG