Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:32

Çin Yaponiyanın almaq istədiyi adalara patrul gəmisi göndərib


Çinin Yaponiya ilə uzun müddətdir davam edən ərazi mübahisənin mərkəzində duran adalar qrupuna patrul gəmiləri göndərdiyi bildirilir.

Xinhua rəsmi xəbər agentliyi məlumat verib ki, iki dəniz nəzarət gəmisi “ölkənin suverenliyi müdafiə etmək” üçün Diaoyu adaları ətrafındakı sulara çatıb.

Bu gəmilər Çin Dəniz Nəzarəti Xidmətinə aiddir ki, bu da yüngül silahlı bir hərbiləşdirilmiş qurumdur.

Bu xəbər Yaponiyanın Şərq Çin dənizindəki sakinsiz 3 adanı almaqla bağlı qərar qəbul etməsindən sonra yayılıb. Bu razılaşmanın 26 milyon dollar dəyərində olduğu bildirilir. Adalar zəngin balıqçılıq və potensial nəhəng dəniz təbii qaz yataqlarının yaxınlığında yerləşir.
XS
SM
MD
LG