Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

UEFA Azərbaycan klubuna texniki məğlubiyyət verdi


Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində iştirak etmiş «Araz» futzal klubu texniki səhvə yol verdiyi üçün UEFA-nın İntizam və Nəzarət Komitəsi tərəfindən texniki məğlubiyyətlə cəzalandırılıb.

Sentyabrın 5-də futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində «Araz» İrlandiyanın EID klubu ilə qarşılaşıb. «Araz» 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd olunmuş qarşılaşmada «Araz»ın heyətində qapıçı Laercio Buranello çıxış edib. UEFA tərəfindən müəyyən edilib ki, «Araz»ın müraciətinə baxmayaraq, Laercio Buranellonun transferi ilə bağlı müvafiq sertifikat oyunun keçirildiyi günə qədər Belçika Futbol Assosiasiyası tərəfindən göndərilməyib. Başqa sözlə, mövcud qaydalara əsasən, adıçəkilən futzalçının adı «Araz» - EID oyununda heyətə daxil edilməməli idi. Bunu nəzərə alan UEFA-nın İntizam və Nəzarət Komitəsi «Araz» - EID oyununun nəticəsini ləğv edərək təmsilçimizi 0:5 hesablı texniki məğlubiyyətlə cəzalandırıb.

Texniki məğlubiyyətə baxmayaraq, «Araz» əsas seçmə mərhələnin 6-cı qrupunda ikinci yeri tutaraq elit-raunda vəsiqə qazanıb.
XS
SM
MD
LG