Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19
Bakıda polis bölməsinə basqın olduğu deyilir. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə qeydə alınıb. Bildirilir ki, sərxoş vəziyyətdə olan naməlum şəxs əlində bıçaqla Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə gələrək növbədə olan polis əməkdaşlarını hədələyib. Məlumata görə, sərxoş şəxs onun əlindən bıçağı almaq istəyən iki polis əməkdaşına xəsarət yetirib. Nəticədə polis zabitləri Seyfəddin AğayevTural İbrahimov xəsarət alıb. Sonda sərxoş şəxs zərərsizləşdirilib və həbs edilib.

Araşdırmalar zamanı polisə hücum edən şəxsin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Zaur Ələkbər oğlu Məmmədov olduğu müəyyənləşib. O, xalası oğlunun həbsinə etiraz olaraq bu addımı atdığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG