Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Türkiyə ordusu PKK ilə savaşın rəqəmlərini açıqlayır


Türkiyə hərbi təyyarələri İraqın şimalındakı PKK düşərgələrini bombalayıb. Ordudan verilən açıqlamaya görə, 4 günlük əməliyyat nəticəsində 25 terrorçu öldürülüb.

Türkiyə Ordusu sentyabrın 10-da ilin əvvəlindən bu yana PKK ilə mübarizənin rəqəmlərini də açıqlayıb. Bildirilib ki, Fevral-Avqust aylarında PKK hücumlarında 461 adam, o cümlədən 88 əsgər həlak olub.

Cavab əməliyyatları zamanı isə 330 terrorçu öldürülüb, 70-ə yaxın PKK terrorçusu isə yaxalanıb.

1984-cü ildən PKK Türkiyə ərazisində terror hücumları təşkil edir və bu hücumlarda 45 minə yaxın adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG