Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

“Qızıl şir” Cənubi Koreyaya getdi


Kim Ki-Duk "Qızıl şir"lə. 8 sentyabr, 2012
Kim Ki-Duk "Qızıl şir"lə. 8 sentyabr, 2012
-

Bu il Venesiya festivalının baş mükafatı – “Qızıl şir” Cənubi Koreya rejissoru Kim Ki-duk-a verilib: “Pieta” filminə görə.

Film yüksək faizlə borc verən və borcluları hədələyən çox qəddar bir insandan bəhs edir. Günlərin bir günü onun yanına orta yaşlı bir qadın gəlir, həmin qadın onun anası olduğunu iddia edir...

“Pieta” adı isə xristianlıqdan gəlir. İsa Məsihin cəsədini dizləri üstündə tutmuş Məryəm ananın şəkli, yaxud heykəlinə Pieta deyilir.

İlk dəfədir ki, Cənubi Koreya filmi belə yüksək mükafat alır.

“Ən yaxşı rejissor işi”nə görə mükafatı – “Gümüş şir” amerikalı Paul Thomas Anderson qazanıb. (“Usta” filmi).

“Ən yaxşı aktyor” mükafatını da həmin filmdə əsas rolları ifa etmiş Philip Seymour Hoffman və Joaquin Phoenix öz aralarında bölüblər.

“Ən yaxşı aktrisa” mükafatı isə “Boşluğu doldurmaq” filmindəki (İsrail) roluna görə Hadas Yaron-a çatıb.

"Pieta" filminin treyleri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG