Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

V.Talıbovun iştirak etdiyi simpoziumda Naxçıvanın yaşının 5 min il olduğu sübuta yetirildi


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 4 avqust 2012. sayı: 146 (20.551)


ELM ADAMLARININ BİRİNCİ YARIM İLDƏKİ FƏALİYYƏTİ UĞURLUDUR

…Yığıncaqda bölmənin sədri, akademik İsmayıl Hacıyevin bölmənin 2012-ci ilin birinci yarısına aid fəaliyyətinin yekunlarına həsr olunmuş məruzəsi dinlənilib. Bildirilib ki, cari ilin birinci yarısında bölmə əməkdaşlarının 1 kitab, 4 monoqrafiya, 299 məqalə, 11 tezis və 9 buklet olmaqla, 324 elmi əsəri işıq üzü görüb. Bunlardan 147 əsər beynəlxalq indeksli jurnallarda 80 məqalə, 10 tezisisə xaricdə dərc edilib.

Qeyd olunub ki, ilin birinci yarısında bölmənin 22 əməkdaşı Tokio, Vyana, Ağrı, Kislovodsk, Aşqabad, Sofiya, Barnaul, Tuzluca, Sankt-Peterburq, İstanbul, Ordu, Qars, Ərzurum və digər şəhərlərdə 18 beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış edib.

Vurğulanıb ki, hesabat ilinin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri müsabiqəsinə 3 qrant layihəsi təqdim edilib və hər üç layihə uğur qazanıb.

«NAXÇIVAN: İLKİN ŞƏHƏR VƏ DUZDAĞ» MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ SİMPOZİUM NAXÇIVAN ŞƏHƏRİNİN YAŞININ 5 MİN İL OLDUĞU BIR DAHA SÜBUT OLUNDU

...Ali Məclis Sədrinin 2012-ci il 20 aprel tarixli Sərəncamı ilə isə iyul ayının 27 – 28-də muxtar respublikamızda «Naxçıvan: İlkin şəhər və Duzdağ» mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Simpoziumda dünyanın 8 ölkəsindən alimlər iştirak etmişdir. Beynəlxalq elmi tədbirin açılış mərasimində Ali Məclisin Sədri demişdir: «Qədim insanlar yaşayışı o yerdə qura bilərdi ki, orada bol su ehtiyatı, bərəkətli torpaq, zəngin təbii sərvətlər, qəfil hücumlardan qorunmaq üçün təbii maneələr və ya qalalar olsun. Naxçıvan şəhəri ətrafında bol sulu çayların, təbii nemət kimi Duzdağının mövcudluğu qədim dövrlərdən bu ərazinin ilkin yaşayış yeri kimi seçilməsinə səbəb olmuşdur. 2011-ci ildə «Naxçıvan: ilk şəhərsalma və yaşayış yeri kimi» mövzusunda keçirilmiş beynəlxalq Simpozium bu mülahizəni elmi dəlillərlə daha da dərinləşdirmiş, bu simpoziumda ilk dəfə olaraq Naxçıvan şəhərinin yaşı və ilkin şəhər yeri öz təsdiqini tapmışdır. Əldə olunan maddi – mədəniyyət nümunələri sübut edir ki, Naxçıvan şəhərinin əsası 5 min il bundan əvvəl qoyulmuşdur»

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Cari ilin ilk altı ayının yekunları müzakirə edilir
- İstedadlı qadınların əl işlərinin satış – sərgisi təşkil olunmuşdur
- Səhiyyə Nazirliyində kollegiya iclası keçirilmişdir
XS
SM
MD
LG