Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

Şəmkirdə də 40 metr hündürlüyündə bayraq meydanı tikilir


Bu barədə məlumatı Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Sabir Quliyev verib.

Onun sözlərinə görə, Şəmkir rayonunun Gəncə istiqamətində çıxışında artıq bayraq meydanın tikintisinə başlanılıb. Meydan 7 hektar sahəni əhatə edəcək. Bayraq dirəyinin hündürlüyü 98 metr olacaq və onun üzərində eni 20 uzunu isə 40 metr olan Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

S. Quliyev həmçinin deyib ki, bayraq meydanında bayraq muzeyi də inşa ediləcək. Kompleksin yerləşdiyi ərazidə yeni park da salınacaq ki, burada müasir işıqlandırma sistemi və yaşıllıqlar salınacaq.

Meydanın tikintisinin gələn ilin birinci rübünə yekunlaşdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG