Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:48

«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı yaradılıb.


-
Bu barədə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin AzadlıqRadiosuna göndərdiyi açıqlamada bildirilir.

Məlumata görə, alyansı keçmiş «vicdan məhbusları» yaradıb.

Təşkilat həbs təhlükəsi olan fəalların müdafiəsi, həbs olunanların hüquqlarının təmin edilməsi, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması və azad edildikdən sonra sosial reabilitasiyası ilə məşğul olacaq.

Yeni qurumun yaradıcıları Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Christopher Strasser'ə məktub göndərməyi qərara alıblar. Onlar yaxın günlərdə məhkəməsi keçiriləcək «vicdan məhbusları»nın işini diqqətdə saxlayacaqlar.

«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının yaradılması təşəbbüsünü bir neçə ay öncə azadlığa çıxmış Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və digərləri irəli sürüblər.
XS
SM
MD
LG