Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Rusiya NATO-nun Gürcüstan müharibəsindən dərs almadığını deyir


Rusiya Xarici İşlər nazirliyinin sözçüsü deyir ki, NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb. Nazirliyin sözçüsü Aleksandr Lukashevich sentyabrın 10-da NATO Baş katibi Anders Fogh Rasmussenin Tbilisdə dediyi “Gürcüstanın evi NATO-dur” açıqlamasına belə münasibət bildirib.

Rusiya rəsmisi deyib ki, bu cür bəyanatlar NATO-nun 2008-ci ildəki müharibədən dərs çıxarmadığını və Gürcüstanı yanlış yola çəkməkdə davam edir. Rusiya iddia edir ki, Gürcüstanın NATO-ya üzvlüyü regionda sabitliyi və qüvvələr nisbətini poza bilər.

2008-ci ildəki Rusiya-Gürcüstan savaşından sonra Moskva separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG