Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04
-
Yasamal sakini Cəmil Süleymanov şikayət edir ki, 5 ildir yeni binadan aldığı mənzilə yaşayış qeydiyyatına düşə bilmir. Deyir, bu illər ərzində Yasamal rayon pasport qeydiyyatı idarəsinə ayaq döysə də, onu evinə qeydiyyata almırlar:

«Səbəb gətirirlər ki, bina yeni tikilidir, qeydiyyatı yoxdur. Belədirsə, qonşularım həmin binaya necə qeydiyyata düşüblər? Mən rüşvət vermirəm deyə, məni evimə qeydiyyata almırlar. 5 ildir ki, ailə üzvlərimlə havadayam».

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilibsə, vətəndaşın aldığı evə qeydiyyata düşməsində problem ola bilməz. Bunun üçün vətəndaş yalnız rüsum ödəməlidir. Rayon üzrə pasport-qeydiyyat idarəsi vətəndaşa problem yaradırsa, o, mənzilin sənədləri ilə birlikdə birbaşa idarəyə müraciət etsin.

Hüquqşünas Namizəd Səfərov deyir ki, Cəmil Quliyevin həmin mənzilə orderi varsa, bu, artıq o deməkdir ki, bina Bakı şəhər İcra Hakimiyyətinin xüsusi komissiyası tərəfindən qəbul edilib. Hüquqşünas şikayətçiyə qeydiyyata götürülməkdən imtinaların qarşısını alan hüquqi yollar təklif edir:

«Orderi varsa, deməli mənzilinin ünvanı var. Şifahi müraciət etsə, o vətəndaşa ömrünün sonuna qədər min bir bəhanə gətirib onu qeydiyyata almayacaqlar. Yaxşı olar ki, Cəmil Süleymanov pasport və qeydiyyat şöbəsinə sənədlərini və qeydiyyata alınmaq barədə ərizəsini şöbəyə poçt vasitəsilə göndərsin. Bu zaman ona mütləq ya müsbət, ya da mənfi cavab veriləcək. İkinci halda o, məmurun hərəkətindən inzibati məhkəməyə müraciət etməklə mənzilə məhkəmə yolu ilə düşə bilər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG