Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

Bişkekdə Bakievin verilməsi tələbi ilə aksiya keçirilib


Bişkekdə onlarla adam aksiya keçirib. Onlar Belarus hakimiyyətindən keçmiş prezident Kurmanbek Bakievin və onun qardaşı Janısh Bakievin verməsini tələb ediblər. Aksiyaçılar bununla bağlı Belarusun Bişkekdəki səfiri Viktor Denisenkoya müraciət ediblər.

Bu ilin avqustun sonunda Belarusun Baş Prokurorluğu Janish Bakievin verilməsindən imtina edib.

Qırğızıstanda Bakievlər 2010-cu ilin avqustunda 100-ə yaxın nümayişçinin öldürülməsində ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG