Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:35

Gənclər paytaxtında Gənclərin I Liderlik Forumu keçirilir


Forum Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Gənclər Fondu və «İRƏLİ» İctimai Birliyi tərəfindən təşkil olunub.

Azərbaycan Gənclərinin I Liderlik Forumunun əsas məqsədi müxtəlif sahələrdə lider mövqedə olan gəncləri bir araya gətirərək ölkənin qarşısında duran önəmli məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Beş gün davam edəcək forumda millət vəkilləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müxtəlif sahələrdə çalışan tanınmış ekspert və mütəxəssislər gənclərin qonağı olacaq və onlar qarşısında çıxış edəcəklər. Ölkə gəncləri üçün yaradılan imkanlar, insan kapitalına yatırımlar, gənclərin siyasətdə yeri, gənc liderlərin həyat prioritetləri kimi məsələlər müzakirə mövzusu olacaq.

Forumda Bakı və Gəncədən olan 200-dən artıq gənc iştirak edir. Xatırladaq ki, Gəncə şəhəri 2012-ci il üçün Respublikanın Gənclər Paytaxtı elan olunub. Forumun Gəncədə keçirilməsinin səbəblərindən biri də ictimai fəal mövqeyi ilə seçilən gənclərin öz paytaxtlarında mütəmadi görüşlərinin təşkil olunmasıdır.

Forum işini sentyabrın 11-də başa çatdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG