Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:18

Azərbaycanın keçmiş Baş nazirinin oğlu həbs edilib


Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynovun oğlu Nail Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi (296-cı) ilə həbs-qətimkan tədbiri seçilib.

Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, Nail Hüseynov Gəncə restoranlarının birində xırda xuliqanlıq edib. Buna görə də, Nizami rayon Məhkəməsi onun barəsində 12 sutkalıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG