Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:30

Paralimpiya Oyunları başa çatıb


Londonda 2012 Paralimpiya Oyunları başa çatıb. Paralimpiya bayrağı 2016-cı ildə bu oyunlara ev sahibliyi edəcək Rio de Janeyroya təqdim edilib.

Digər Paralimpiya Oyunlarından fərqli olaraq bu dəfə 4200 idmançının hamısı bağlanış mərasimində iştirak edib.

Mərasimdə Beynəlxalq Paralimpiya Komitəsinin sədri Sir Philip Craven 2012-ci il oyunlarının “ən yaxşı Paralimpiya Oyunları olduğunu” bildirib.

2012-ci il Paralimpiya Oyunlarında 95-i qızıl olmaqla, ümumilikdə 231 medal qazanan Çin birinci, 36-ı qızıl olmaqla 102 medalla Rusiya ikinci, 34-ü qızıl olmaqla 120 medalla İngiltərə üçüncü olub.
XS
SM
MD
LG